"Qarabağ" azarkeşlərinin nəzərinə: biletlər satışa çıxır

22:10 12 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Slovan" oyununun biletləri sabah satışa çıxarılacaq.

Sportarena.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, bu qarşılaşmanın biletləri  sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq. Respublika stadionunun kassalarında satışda olacaq.

Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 10 və 20 AZN, VİP biletlər isə 50 AZN-dir.

Qeyd edək ki, “Qarabağ” – “Slovan” matçı sentyabrın 15-i, saat 19:00-da başlayacaq. Qarşılaşma “Dalğa Arena”da keçiriləcək.

"Qarabağ" klubu qarşılaşmaya olan böyük maraq səbəbindən mümkün ola biləcək  “qara bazar”ın fəaliyyətinin qarşısını almaq üçün azarkeşlərindən biletləri ən qısa müddətdə almağı və kənar şəxslərin bilet almağı tələb edəcəyi təqdirdə, o zaman klubun mühafizə xidmətinə xəbər verməyi xahiş edib.


Xəbər xətti