Kamran Ağayev rəsmən Portuqaliya klubunda

22:50 12 Sentyabr 2016

Azərbaycan milli komandasının əsas qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında çıxış edəcək.

Belə ki, Kamran “Boavişta” klubu ilə müqavilə imzalayıb. Millimizin digər üzvü Emin Mahmudov da bu klubun şərəfini qoruyur. Kamran azad agent olduğu üçün yeni klubuna pulsuz başa gəlib və onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, komanda hazırda Portuqaliya çempionatında 10-cu yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti