Millimizin baş məşqçisi tarixi qələbəni belə şərh etdi

12:16 13 Sentyabr 2016

“Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir. Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik".

Sportarena.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri futzal millimizin baş məşqçisi Milton Luis Ziller Junior dünya çempionatının final mərhələsində Mərakeşə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, indiki məqamda qalibiyyətdən zövq almağı bacarmalı olduqlarını bildirib:

"Amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.


Digər xəbərlər

Xəbər xətti