Neymar musiqiçi oldu

14:14 13 Sentyabr 2016

"Barselona"nın futbolçusu Neymar özünü yeni sahədə sınamaq niyyətindədi.
 
Ulduz futbolçu musiqiçi olmaq istəyir. Bu barədə məlumatı oyunçunun özü verib. 24 yaşlı futbolçu bildirib ki, artıq yeni mahnısı da hazırdı. Neymarın ilk mahnısı sabah təqdim edəcək. O, yeni musiqisini "facebook" hesabında yayımlayacaq. Mahnının adı "Neymusico" olacaq. 
 
Qeyd edək ki, bundan əvvəl bir çox futbolçular karyerasını bitirdikdən sonra bu sənətə üz tutmuşdular. Son olaraq İtaliya millisinin üzvü Pablo Daniel Osvaldo peşəkar musiqiçi olmaq üçün 30 yaşında karyerasını başa vurmuşdu. 
 


Digər xəbərlər

Xəbər xətti