Platiniyə danışmağa icazə verildi

14:44 13 Sentyabr 2016

UEFA-nın sabiq prezidenti Mişel Platininin qurumun konqresində çıxış etməsinə icazə verilib.

Müvafiq razılıq FİFA-nın Etika Komitəsi tərəfindən alınıb.

Qeyd edək ki, UEFA-nın Konqresi sentyabrın 14-də Afinada keçiriləcək və quruma yeni prezident seçiləcək.

Xatırladaq ki, rüşvət almaqda təqsirləndirilən UEFA-nın əvvəlki prezidenti Mişel Platininin futboldakı bütün faəliyyətinə 8 il müddətində qadağa qoyulmuşdu. Onun FİFA Apelyasiya Komitəsinə  şikayətindən sonra cəza 6 ilə endirilib. İdman Arbitraj Məhkəməsi isə cəzanı bir qədər də azaldaraq 4 ilə salıb.


Digər xəbərlər

Xəbər xətti