Millimizin rəqiblərinin duelində İspaniya qalib gəldi

15:31 13 Sentyabr 2016

Futzal üzrə dünya çempionatında millimizin yer aldığı "F" qrupunun digər qarşılaşmasında İran Yığmamızın rəqiblərinin duelində sevinən tərəf ispanlar olub.

Belə ki, qarşılaşma pireneylilərin böyükhesablı qələbəsi ilə yekunlaşıb. İran millisinə heç bir şans verməyən İspaniya meydanı 5:1 hesablı qalibiyyətlə tərk edib.

İspaniya növbəti matçını sentyabrın 15-də Azərbaycan millisinə qarşı keçirəcək.

Qeyd edək ki, yığmamız mundialdakı ilk görüşündə Mərakeşi 5:0 hesablı məğlubiyyətə uğradıb.


Xəbər xətti