Əvvəl Qurban Qurbanov, sonra rəqibi

16:11 13 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Slovan” (Çexiya) oyunundanöncə təşkil olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub. 


Sportarena.az xəbər verir ki, sentyabrın 14-də "Azərsun Arena"nın mətbuat zalında ilk olaraq Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov (saat 17:00-da) media mənsublarının önünə çıxacaq. 


“Qarabağ”ın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


"Slovan”ın son məşqi isə saat 19:00-da “Dalğa Arena”da keçiriləcək. Çexiya təmsilçisinin baş məşqçisi  son məşqdən öncə - saat 18:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.


Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Qarabağ" - "Slovan" oyunu saat 19:00-da start götürəcək.


Xəbər xətti