Türkiyə klubu baş məşqçisini qovdu

16:30 13 Sentyabr 2016

“Kasımpaşa” klubu baş məşqçisi Rza Çalımbayla yollarını ayırıb.


Sportarena.az xəbər verir ki, Superliqa təmsilçisi 53 yaşlı mütəxəssisin müqaviləsini ləğv edib. Məlumata görə Çalımbay özü komandadan ayrılmaq istəyib. Buna səbəb isə uğursuzluq yox, rəhbərliyin düzgün transfer siyasəti aparmamasıdı.

 

Qeyd edək ki, Çalımbay ötən ildən İstanbul klubunu çalışdırırdı.


Xəbər xətti