Millimizin üzvü oynamadı, komandası xal qazandı

01:06 14 Sentyabr 2016

Gənclərdən ibarət milli komandamızın üzvü Mətin Gülərin çıxış etdiyi "Beşiktaş"ın 19 yaşlı futbolçulardan ibarət komandası UEFA  gənclər liqasının qrup mərhələsində ilk oyununu keçirib. 
 

"Qara qartallar" "Benfika"nın qonağı olub. Qarşılaşmada hesab açılmayıb.
 

Sözügedən oyunda millimizin üzvü oynamaq şansı qazanmayıb. Onun adı oyunun iştirak ərizəsinə daxil edilsə də, ehtiyat oyunçular skamiyasında oturub.


Xəbər xətti