Türkiyə klubu baş məşqçisini qovdu

13:50 14 Sentyabr 2016

Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Rza Çalımbayla yolları ayırıb.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Superliqa təmsilçisi 53 yaşlı mütəxəssisin müqaviləsini ləğv edib.

Qeyd edək ki, Çalımbay ötən ildən İstanbul klubunu çalışdırırdı. “Kasımpaşa” onun rəhbərliyi alıtnda 38 oyun keçirib. Bunlardan 15-də qələbə, 14-də məğlubiyyət, 9-da isə heç-heçə qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti