Riçard Almeyda: "Oyunumu yaxşı analiz edə bilmirsiniz"

18:17 14 Sentyabr 2016

"Bizi olduqca çətin oyun gözləyir. Avropa Liqasında asan rəqib yoxdur". 


Sportarena.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Çexiya "Slovan"ı ilə keçirəcəkləri qrup mərhələsinin oyunundan öncə mətbuat konfransında deyib. 


O bildirib ki, Avropa Liqasında bu mərhələyə qədər gələn komandaların hamısı güclüdür. Braziliyalı yarımmüdafiəçi yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklərinə söz verib, "Sambaçı" bir neçə gün əvvəl "Slovan"ın məşqçisi Yaroslav Kostlın söylədiyi "İmkanım olsa, Almeydanı öz komandama dəvət edərdim" fikrinə də münasibət bildirib: "Onun dedliklərinin oyunuma heç bir təsiri yoxdur. Öz baş məşqçimin göstərişinə əsasən oyunumu sərgiləyəcəyəm".


Almeyda əvvəlki kimi çıxış etmədiyi ilə bağlı suala isə belə cavab verib: "Mənə elə gəlir ki, siz oyunumu yaxşı analiz edə bilmirsiniz. Çünki hər oyunda tapşırığı yerinə yetirirəm".


Sonda təcrübəli orta sahə oyunçusu qrup mərhələsində mübarizə aparacaq "Qəbələ"yə Belçika "Anderlext"i ilə səfər oyununda uğurlar arzulamağı da unutmayıb.  (report)


Digər xəbərlər

Xəbər xətti