Güləşçilərimiz dünya ikincisi oldu

00:28 15 Sentyabr 2016

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 


Sportarena.az xəbər verir ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Abbasov və Fuad Alıyevin rəhbərliyi altında mübarizə aparan yığma komandamız çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.


Qızıl medalı yığmamıza 46 kq-da mübarizə aparan Fail İsgəndərov qazandırıb. Ülvi Qənizadə (69 kq) və Nəsir Həsənov (76 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Zaur Əliyev (42 kq) və Zaur Nuriyev (50 kq) qazandırıb. 


Komanda hesabında 63 xal toplayan yığmamız Dünya çempionatını ikinci sırada tamamlayıb. İran (68 xal) birinci, Türkiyə (63 xal) yığması isə üçüncü pilləni tutub. 


Xəbər xətti