"Qəbələ" səfərdə məğlub oldu - YENİLƏNİB

22:49 15 Sentyabr 2016

Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start götürür. 

Sportarena.az xəbər verir ki, avroliqadakı digər təmsilçimiz "Qəbələ" klubu ilk oyunda “Anderlext”in qonağı olacaq. 

Brüsseldə keçiriləcək görüşə təmsilçimiz ciddi itki ilə çıxacaq. Belə ki, “Maribor”la görüşdə qırmızı vərəqə alan və UEFA tərəfindən 2 oyunluq cəzalanan Teo Uiks bu gün “Qəbələ”yə kömək edə bilməyəcək.

 

15 sentyabr

UEFA Avropa Liqası, qrup mərhələsi

I tur 


21:00. “Anderlext” (Belçika) - “Qəbələ” (Azərbaycan)  3:1

Qollar:  Lukas Teodorçik, 14, (1:0), Baqali Dabo, 20,(1:1), Rafael Santos, 41, (2:1, ö.q)
Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger
Əlavə hakim köməkçiləri: Markus Hameter, Aleksander Harkam (hamısı Avstriya)
Hakim-İnspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi:  Emil Ubias (Çexiya)
Brüssel. "Konstant Vanden Stok" stadionu


Digər xəbərlər

Xəbər xətti