"Anderlext"in baş məşqçisi: "Qəbələ" "Lill" kimi nəhəng klubu mübarizədən kənarlaşdırıb"

12:10 15 Sentyabr 2016

“Çox güclü rəqiblə qarşılaşacağıq. “Qəbələ” III mərhələdə “Lill” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıb”. Bunu “Anderlext”in baş məşqçisi Rene Veyler deyib.

Belçika təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qəbələ”ni qəbul edəcək. Veyler qarşılaşmadan öncə keçirilən mətbuat konfransında onları çətin oyunun gözlədiyini bildirib.

43 yaşlı çalışdırıcı bununla belə, hədəflərinin 3 xal qazanmaq olduğunu söyləyib: “Qəbələ” etibarlı müdafiə xətti ilə seçilir və çox yaxşı təşkilatlanmış komandadı. Ağır oyun olacağını bilirik. Amma meydana qələbə qazanmaq üçün çıxacağıq. Bununla qrup mərhələsinə yüksək əhval-ruhiyyədə başlamaq olar. Biz müdafiə olunan komandalara qarşı oynamağa öyrəşmişik”.

Qeyd edək ki, “Konstant Vanden Stok” stadionunda keçiriləcək “Anderlext” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

apasort


Digər xəbərlər

Xəbər xətti