"Qarabağ"dan azarkeşləri sevindirəcək jest: avtobuslar ayrılacaq

13:13 15 Sentyabr 2016

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Dalğa Arena"da Çexiyanın "Slovan" klubunu qəbul edəcək.

Ağdam klubu yolun uzaqlığını nəzərə alaraq, azarkeşlərin bu matçı izləməyə rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar ayıracaq.

Avtobuslar saat 17:00-dan etibarən Koroğlu metrostansiyasından stadiona yola düşəcək.

 


Xəbər xətti