Azərbaycan - Norveç matçının biletləri satışda

14:30 15 Sentyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də, saat 21:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç oyununun biletləri satışa çıxarılıb.

Biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində, Bakı Olimpiya Stadionunun və “Bakcell Arena”nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya – 1 AZN
2-ci kateqoriya – 2 AZN
VİP – 10 AZN


Digər xəbərlər

Xəbər xətti