Millimiz FİFA reytinqində irəlilədi

14:50 15 Sentyabr 2016

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Azərbaycan siyahıda 3 pillə irəliləyib. Robert Prosineçkinin rəhbərlik etdiyi komanda hazırda 133-cü pillədə qərarlaşıb. Millinin aktivində 252 xal var.
Siyahıya 1646 xalla Argentina yığması başçılıq edir. İkinci pillə isə aktivində 1369 xal olan Belçika yığmasına məxsusdur. DÇ-2018-in seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya bir pillə irəliləyərək 1347 xalla üçüncü pillədədir.
 


Digər xəbərlər

Xəbər xətti