Mourinyo: "Avroliqada çempion olmaq niyyətindəyik"

15:30 15 Sentyabr 2016

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Avropa liqasında debüt haqda danışıb.
 
İlk oyunda İngiltərə təmsilçisi "Feyenoord"un qonağı olacaq.
 
"Bu , MY-nın iştirak etmək istədiyi turnir deyil. Nə mən , nə də futbolçular bu turnirdə oynamaq istəmirlər. Lakin reallıq belədir ki, oynamaq məcburiyyətindəyik. Mən özüm üçün motivasiya tapmışam. İndi bunu futbolçulara da aşılamalıyam. Bazar günü bizi daha bir vacib oyun gözləyir. Mən iki oyun haqda düşünmək məcburiyyətindəydim. Biz Avropa liqasına da hörmətlə yanaşmalıyıq. Onu da söyləməliyəm ki, avroliqada çempion olmaq niyyətindəyik. Bunu etmək asan olmayacaq" - deyə Mourinyo qeyd edib.


Xəbər xətti