"Traktor Sazi" lider oldu

17:10 16 Sentyabr 2016

İran çempionatında 6-cı turun oyunları keçirilir.

Təbrizin “Traktor Sazi” klubu səfərdə “Zob Ahan”ı 2:1 hesabıyla məğlub edib. Bu qələbəylə “qırmızı qurdlar” turnir cədvəlində zirvəyə yüksəlib.

Təbrizin digər təmsilçiləri “Maşın Sazi” və “Qostareş Fulad” da növbəti oyunlarını keçiriblər.

“Maşın Sazi” evdə İsfahan “Sepahan”ına uduzub - 0:1. “Qostareş Fulad” isə səfərdə “Saypa” ilə heç-heçə edib - 1:1.

Hazırda hesabında 12 xal olan “Traktor Sazi” 1-ci pillədə qərarlaşıb. “Qırmızı qurdlar” 1 oyun çox keçirdiyi ən yaxın izləyicisi “Persepolis”i 1 xal qabaqlayır.

6 xala malik “Maşın Sazi” 10-cu, 4 xalı olan “Qostareş Fulad” isə 14-cü pillədə qərarlaşıb.


Xəbər xətti