"Qızıl top" FİFA-dan alına bilər

18:48 16 Sentyabr 2016

Dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının sahibini yenidən "France Football" nəşri müəyyənləşdirə bilər.

Nəşrin rəhbəri bununla bağlı FİFA prezidenti Canni İnfantino ilə danışıqlara aparır. Danışıqlar müsbət nəticələnsə, ali futbol qurumu bu nominasiya üzrə seçimlər etməyəcək.

Qeyd edək ki, "France Football" nəşri 1995-ci ildən 2009-cü ilə kimi "Qızıl top"un qalibini müəyyənləşdirib. 1995-ci ilə qədər bu mükafatı təkcə avropalılar qazana bilirdilər. 1991-ci ildən isə FİFA öz mükafatını - "Brilliant top"u təsis edib. 2010-cu ildən isə bu mükafatlar birləşdirilərək "Qızıl top" adı ilə FİFA tərəfindən təqdim olunub.

Əlavə edək ki, "France Football" "Qızıl top" mükafatının sahibini Avropanın aparıcı nəşrlərinin jurnalistlərinin səsverməsi nəticəsində təyin edib. FİFA isə səsverməni yığmaların baş məşqçisi və kapitanlarının arasında keçirir.


Digər xəbərlər

Xəbər xətti