Türk qapıçı Avroliqanın ən yaxşısı seçildi

12:46 17 Sentyabr 2016

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
UEFA-nın yaydığı xəbərə görə, "Konyaspor"un qapıçısı Serkan Kırıntılı ən yaxşı oyunçu seçilib. O, qitənin ali futbol qurumunun saytında  keçirilən səsvermedə azarkeşlərdən 43 faiz səs toplayıb.
Qeyd edək ki, S.Kırıntılı Avropa Liqasının qrup mərhələsində "Şaxtyor"a (Donetsk) qarşı matçda qapısından bir qol buraxıb.


Xəbər xətti