Avroliqanın oyununda dəhşət anlar - VİDEO

14:52 17 Sentyabr 2016

Avropa Liqasının "Alkmaar" - "Dandlak" oyununda dəhşətli anlar yaşanıb. D qrupunun 1:1 hesabı ilə başa çatan oyununda meydan sahiblərinin üzvü Stin Vuytens ölümdən dönüb.

Qarşılaşmanın 60-cı dəqiqəsində "Alkmaar"ı hesabda önə keçirən qola imza atan belçikalı futbolçu zərbə zamanı rəqib qapıçı ilə toqquşub. Aldığı zərbənin təsirindən huşunu itirən Vuytens yerdə qalıb. Onu bu vəziyyətdə görən futbolçular və tamaşaçılar şoka düşüb.

"Alkmaar"ın futbolçusu Alireza Cahanbaxş ehtiyat oyunçular skamyasının önündə diz üstə çökərək ağlamağa başlayıb. Komandanın baş məşqçisi Con van den Brom və digər futbolçular Vuytensi ayıltmağa çalışan həkimləri izləyərkən göz yaşlarına hakim ola bilməyib. Həkimlərin müdaxiləsindən sonra özünə gələn 26 yaşlı futbolçu meydanı tərk edib.


Digər xəbərlər

Xəbər xətti