"Real"da ciddi itki: ulduzlar iştirak etməyəcək

16:33 17 Sentyabr 2016

Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan "Espanyol"la oyun öncəsi bəzi futbolçuların vəziyyətinə aydınlıq gətirib.
 
"Ronaldo oyunu buraxacaq. Onun boğazı ağrıyır və evdə qalıb.Sabahki oyuna hazır deyil. Beyl budundan ciddi zərbə alıb. Mən Qaretin "Vilyareal"la oyuna qədər tam sağalmasını istəyirəm.Onları əvəz edəcək futbolçularımız var" – deyə fransız mütəxəssis qeyd edib.
 
Qeyd edək ki, komandanın digər üzvü İsko tam olaraq sağalıb.


Digər xəbərlər

Xəbər xətti