Kompaniya "Mançester Siti"də yer tapılmır

21:29 17 Sentyabr 2016

"Mançester Siti"nin kapitanı və müdafiəçisi Vensan Kompani əsas heyətdə yer üçün xeyli əziyyət çəkməlidir. Stounsun komandaya gəlişindən sonra Quardiola ona əsas heyətdə yeri zəmanət verə bilməz.
"Onlar bir-biri ilə rəqabət aparmalıdırlar. Meydanda kimin yaxşı olduğunu görəcəyik.Hər bir futbolçu anlamalıdır ki, pis oynadığı halda onu əvəz edə bilən kimsə var. Mənə Vensan lazımdır. Çünki onun nəyə qadir olduğunu bilirəm" — deyə Quardiola  müsahibəsində bildirib.


Xəbər xətti