"Boavişta"nın baş məşqçisi Kamran Ağayev barəsində danışdı

11:31 18 Sentyabr 2016

Milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun komandası "Boavişta"nın baş məşqçisi Ervin Sançes "Feyrensi"lə oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 

Sportarena.az xəbər verir ki, boliviyalı çalışdıırcı komandaya yeni transfer olunan Kamran Ağayevlə bağlı danışıb:
 

"Yeni qapıçimiz Ağayevin beynəlxalq transfer vərəqəsi gəlib. Ancaq qapı xətti bir qədər spesefik mövqedir və qolkiperin komandaya adaptasiya olması çox vaxt apara bilər. O, müdafiəçilərlə daim ünsiyyətdə olmalıdır, onlar bir-birlərini tamamlamalıdırlar".
 

Qeyd edək ki, "Boavişta" - "Feyrensi" matçı bu gün Bakı vaxtı ilə 19:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti