Millimiz həlledici oyununa çıxır

12:59 18 Sentyabr 2016

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir. 


Sportarena.az xəbər verir ki, F qrupunda mübarizə aparan milli komandamız bu günqrup mərhələsinin son görüşündə İranla görüşəcək. Asiya çempionu ilə matç futzalçılarımız üçün həlledici önəm daşıyır. 


İki turdan sonra qrup ikincisi olan yığmamızı İranla matçda heç-heçə də qane edir. Rəqibinə uduzmayacağı halda, millimiz qrupu ikinci yerdə tamamlayacaq. Bu halda komandamız 1/8 finalda Tailandla qarşılaşacaq. 


Məğlub olacağı halda isə futzalçılarımız qrup üçüncüsü kimi 1/8 finala yüksələ bilərlər. Lakin bu halda 1/4 finala gedən yolda millimiz daha güclü rəqiblə - Braziliya və ya İtaliya ilə görüşəcək. 


Xəbər xətti