"Qəbələ"nin oyununun vaxtı dəyişdirildi

14:50 19 Sentyabr 2016

Azərbaycan Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında 3-cü turdan təxirə salınmış "Qəbələ" – "Sumqayıt" oyununun keçirilmə tarixi dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, matçın keçirilməsi sentyabrın 21-ə nəzərdə tutulsa da, görüş dekabrın 5-də olacaq.


Buna səbəb "Qəbələ"nin UEFA U-19 Gənclər Liqasında çıxışıdır. Əyalət klubu turnirin birinci mərhələsində Rusiyanın "Dinamo” klubu ilə qarşılaşacaq.


Rusiya təmsilçisi ilə matçı sentyabrın 21-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti