Klubun prezidenti futbolçunu döydü: görün nə səbəbə

21:05 19 Sentyabr 2016

Yunanıstanın "Larisa" klubunun qapıçısı Matias Deqra döyülərək komandadan qovulub.

SPortarena.az goal.com-a istinadən xəbər verir ki, buna səbəb onun Super Liqanın cari turu çərçivəsində "İraklis"lə keçirilən oyunda kobud səhvlərə yol verməsi olub.

Nəticədə komanda məğlubiyyətlə barışıb. Ancaq komandanın prezidenti qolkiperi bağışlamayıb. Belə ki, soyunub-geyinmə otağına yollanan əlcək sahibinin önünü kəsən klub rəhbəri qapıçını şillələyib. Ardınca isə "Larisa" bəyanat yayaraq argentinalı qapıçının qəsdən qolu buraxdığını və buna görə komandadan qovulduğu bildirilib.


Xəbər xətti