"Qəbələ" - "Dinamo" matçını idarə edəcək hakimlər müəyyənləşdi

00:55 20 Sentyabr 2016

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Qəbələ” – “Dinamo” (Moskva, Rusiya) matçının təyinatları açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, Qəbələdə keçiriləcək ilk oyunu türkiyəli hakimlər briqadası idarə edəcək. Sentyabrın 21-də baş tutacaq matçın baş hakimi Alper Ulusoy olacaq. Onun köməkçiləri isə həmyerliləri kimi matça İbrahim Bozbey və İlker Takpak təyinat alıblar. Oyunun dördüncü hakimi funksiyasını Ömər Paşayev yerinə yetirəcək. Matçın hakim-inspektoru Asim Xudiyev olacaqsa, UEFA nümayəndəsi vəzifəsi gürcüstanlı İrakli Nakaidzeyə həvalə edilib.
 

Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.
 

UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
İlk oyun, 21 sentyabr


19:00. “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Moskva, Rusiya)
Baş hakim:
Alper Ulusoy
Baş hakimin köməkçiləri: İbrahim Bozbey, İlker Takpak (hamısı Türkiyə)
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Qəbələ şəhər stadionu


Digər xəbərlər

Xəbər xətti