Pele Ronaldo və Messidən danışdı

13:30 20 Sentyabr 2016

Futbol əfsanəsi Pele müasir futbolun iki siması - Ronaldo və Messini müqayisə edib. "Futbol kralı" bunları deyib:

"Kriştianu görkəmli bombardirdir. Amma dünyada ən yaxşı futbolçu Messidir. Daha bir neçə ad çəkə bilərəm. Mənim nəzərimə görə, son 10-15 ildə Messinin ən stabil futbolçu olmağı şübhəsizdir. Ronaldo haqqında danışmaq mümkündür. O, mənə braziliyalı adaşını xatırladır. Kriştianu çox qol vurur. O, məhsuldar futbolçudur, amma hərtərəfli futbolçu Messidir".


Xəbər xətti