Mourinyo Runini əsas heyətdən kənarlaşdırdı

13:51 20 Sentyabr 2016

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ilə kapitan Ueyn Runi arasında konflikt yaşanıb. Məhz bu səbəbdən də futbolçu qarşıdakı oyunlarda əsas heyətdən kənarda qalacaq.

"The Sun" qəzetinin məlumatına görə, Mourinyo futbolçunun formasından narazıdır.Onun "Lester"lə oyunda ehtiyatda oturacağı gözlənilir.

Xatırladaq ki, MY bu mövsümdə artıq 3 dəfə məğlub olub. "Lester"lə qarşılaşma sentyabrın 24-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti