"Qarabağ"a şad xəbər: "Fiorentina"nın futbolçusu oyunu buraxacaq

14:17 20 Sentyabr 2016

“Fiorentina”nın müdafiəçisi Davide Astori Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”a qarşı oyununu buraxacaq.

Ötən bazar günü A seriyasında “Roma”ya qarşı oyunda (1:0) əzələsi dartılan 29 yaşlı müdəfaiəçinin zədəsəni sağaltması bir neçə gün çəkəcək. Onun bu həftə İtaliya çempionatında “Udineze”, gələn həftə (29 sentyabr) isə Avroliqada “Qarabağ”la matçı buraxacağı dəqiqləşib.

Qeyd edək ki, D.Astori İtaliya millisinin də üzvüdür.(qol.az)


Digər xəbərlər

Xəbər xətti