Avropa çempionatında uğurla çıxış etmiş cüdoçularımız Vətənə qayıdıblar

14:47 20 Sentyabr 2016

İspaniyanın Malaqa şəhərində Avropa çempionatında çıxışını başa vuran gənclərdən ibarət cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar.

Qitə birinciliyində iki qızıl və komanda yarışlarında gümüş medal qazanmış milli Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş tərəfindən qarşılanıb.

Qeyd edək ki, Avropa çempionatında qızıl medallara Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) sahib çıxıblar.


Digər xəbərlər

Xəbər xətti