Simeone: "Neymar oxuyur, oynayır və məhv edir"

13:32 21 Sentyabr 2016

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona” ilə bu həftə La Liqanın 5-ci turunda keçiriləcək oyun ərəfəsində açıqlama verib.

Argentinalı mütəxəssis onun rəhbərliyi altında komandasının hələ “Nou-Kamp”da qələbə qazana bilmədiyini söyləyib: “Bu həftə tilsimi qırmağa çalışacağıq”.

Simeone rəqibin futbolçusu Neymar haqda danışıb: “O, qeyri-adi oyunçudur. Neymar öz istedadını sübut etmək üçün “Barselona”da yer tapdı. Onun özünəməxsus oyun üslubu var. Neymar oxuyur, oynayır və məhv edir. O, həmişə öz yerində - meydandadır”.


Digər xəbərlər

Xəbər xətti