"Barselona" axır ki, Alveşə əvəzləyici tapdı

14:44 21 Sentyabr 2016

İspaniyanın "Barselona" klubu sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək fikrindədir . Arda Turanla eyni dönəmdə transfer edilən Aleiş Vidal ümidləri doğrultmayıb. Dani Alveşin gedişindən sonra isə komanda məcburən həmin yerdə Serxi Robertonu oynadır.
Lakin katalonlar qışda mövqeni gücləndirəcəklər. Artıq Dario Srnayla razılığa gəldikləri də söylənilir. Xatırladaq ki, 34 yaşlı xorvat müdafiəçi 13 ildir ki, Şaxtyorun şərəfini qoruyur.

 


Digər xəbərlər

Xəbər xətti