Elxan Məmmədov İngiltərə Futbol Assosiasiyasının tədbirində

16:35 21 Sentyabr 2016

Bu gün Londonda İngiltərə Futbol Assosiasiyasının təşkilatçılığı ilə Avro-2020-nin ev sahibi şəhərlərindən biri olan Londonun loqosunun təqdimat mərasimi keçiriləcək.


Sportarena.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının dəvəti əsasında AFFA-nın baş katibi Elxan Məmmədov tədbirdə iştirak edəcək.


Londonda Avro-2020-nin yarımfinal oyunları və final qarşılaşması keçiriləcək.


Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final) Bakıda təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti