Təmsilçimiz Berlində "Banzai Cup"ın qalibi oldu

Sportarena.az      21 Sentyabr 2018, 21:39

Milli komandanın favoritlərindən İrina Zaretska (-68 kq) mötəbər "Banzai Cup"  açıq beynəlxalq turnirində üç yarış kateqoriyasının qalibi olub.


Sportarena.az xəbər verir ki, bu il qadınların komanda yarışlarında Avropa çempionu olan məşqçi Denis Morozovun yetirməsi 21 yaşadək gənclər və böyüklər arasında, həmçinin açıq çəki dərəcəsinin qızıl medallarını qazanıb.


Berlində keçirilən ənənəvi turnirdə 34 ölkədən 1302 idmançı iştirak edib. Milli komandamız həftəsonu Almaniyanın Hamburq şəhərində Dünya Karate Federasiyasının nüfuzlu Karate 1 Premyer Liqasında iştirak edəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin