"Avro-2020": Londonun loqosu təqdim olundu

10:33 22 Sentyabr 2016

Bu gün Avro-2020-yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Londonun loqosunun təqdimat mərasimi olub.

Tədbirdə UEFA-nın prezidenti Aleksandr Çeferin, İngiltərə Futbol Assosasiyasının sədri Qrek Klark və Londonun meri Sadik Xan iştirak edib.

Loqotip özündə Anri Delone kubokunu, məşhur Tauer körpüsünü  və sevinən azarkeşləri əks etdirir. 

Londonda Avro-2020-nin yarımfinal oyunları və final qarşılaşması keçiriləcək.

Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final) Bakıda təşkil olunacaq. Bakının loqosunun təqdimat mərasimi isə sentybarın 30-da olacaq.


Xəbər xətti