Pauliftinq üzrə Azərbaycan kuboku yarışları başlayır

10:51 22 Sentyabr 2016

Sentyabrın 24-25-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan kuboku yarışları keçiriləcək.

 “Zirvə” Beynəlxalq İdman Klubu pauerliftinqə təşkilati dəstəyini verməkdə davam edir.

Azərbaycanın ən güclülərinin toplaşacağı yarışda 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi ölkənin ən güclü paurliftinqçilərinin adına aydınlıq gətirmək, həmçinin noyabrda ABŞ-ın Yeni Orlean şəhərində keçiriləcək dünya kubokuna hazırlıqdır.


Digər xəbərlər

Xəbər xətti