Oyunda tanış olub, stadionda evləndilər

14:17 22 Sentyabr 2016

3 il əvvəl Türkiyə çempionatının “Beşiktaş” – “Kasımpaşa” qarşılaşmasının fasiləsində tanış olan cütlük münasibətlərinin “Vodafone Arena”da rəsmiləşdiriblər.
 
31 yaşlı zərgər və dizayner Penok Aris Gelgeç bankda çalışan Hande Baranla evliliyini stadionda qeyd edib. 3 il əvvəl tanış olan gənclərin dostluğu tezliklə məhəbbətə çevrilib. Gənclər toyu “Beşiktaş”ın stadionunda, bal ayını Bodrumda keçirməyə qərar verib.
 
Cütlüyün toyunda 150-yə yaxın qonaq iştirak edib. 3 saat davam edən məclisdən sonra gənc ailə Bodruma yollanıb.


Xəbər xətti