"Barselona" üçün şok: Messi sıradan çıxdı

15:50 22 Sentyabr 2016

"Barselona"nın futbolçusu Lionel Messi zədələnib.

Argentinalı hücumçu İspaniya La Liqasının 5-ci turunda "Atletiko" (Madrid) görüşün (1:1) 59-cu dəqiqəsində zədə alıb və məcburi əvəzlənib.

Onun təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, L.Messi bu mövsüm 5 oyunda 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti