Ramaldanov komandasını növbəti mərhələyə yüksəltdi

16:08 22 Sentyabr 2016

Millimizin və "Xəzər Lənkəran"ın sabiq üzvü Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubunun heyətində növbəti oyununu keçirib. 


Sportarena.az xəbər verir ki, müdafiəçi ölkə kubokunun II təsnifat mərhələsində "Sioni" ilə  səfər oyununda meydana çıxıb.


Start heyətində yer alan və sona qədər mübarizə aparan Ramaldanov 39-cu dəqiqədə hesabı açıb. Bu, oyunda yeganə qol olub. Bu qələbə sayəsində "Kolxeti" növbəti mərhələyə yüksəlib.


Qeyd edək ki, R.Ramaldanov Gürcüstanda ilk qolunu da məhz "Sioni"nin qapısına vurmuşdu.


Xəbər xətti