Balotelli: "Bu hələ başlanğıcdır"

18:15 22 Sentyabr 2016

Mario Balotelli “Nitsa"da keçirdiyi 2 oyuna 4 qol vurmaqla uğurlu start verib.


Fransa çempionatının 6-cı turunda “Monako” üzərində qazanılan qələbədən (4:0) sonra “Nitsa” turnir cədvəlində zirvəsinə yüksəlib. Balotelli bu oyunda da dubla etməyi bacarıb.

 
İtaliyalı forvard bu uğura görə komanda yoldaşlarına və azarkeşlərə "instagram" hesabından təşəkkür edib:
 

“Komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Bu hələ başlanğıcdır”.


Digər xəbərlər

Xəbər xətti