® AAAF Park qışa hazırlaşır - VİDEO

18:28 22 Sentyabr 2016

AAAF Park Yaşayış Kompleksində payız-qış mövsümünə keçidlə əlaqədar sistemləşdirilmiş təmir-bərpa işlərinə başlanıb. Qışa hazırlıq prosesi Sakinlərə Xidmət Departamenti tərəfindən mərhələli şəkildə həyata keçirilir. Həyətlərdə zədələnmiş tametlər sökülərək dəyişdirilir, binaların dam örtüyünə bitişik navalçalar yoxlanılır, ziyan dəymiş borular yenisi ilə əvəz olunur. Əlavə olaraq, həyətyanı sahələrdə drenaj quyuları qazılır.


SXD-nin rəhbəri Eldar Abdullayev növbəti mərhələdə qazanxanalarda təmir-bərpa işlərinin görüləcəyini bildirib. Ümumilikdə, Komplesdə qışa hazırlıq prosesi bu ilin sonuna qədər davam edəcək.


Digər xəbərlər

Xəbər xətti