HDÇ-2016: Əşrəf Əliyev bürünc medal qazandı

00:31 23 Sentyabr 2016

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir. 

Çempionatın ikinci günündə 74, 86, 97 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü  1 bürünc medalla başa vurub. 

74 kq çəkidə mübarizə aparan Əşrəf Əliyev Əlcəzair və Polşadan olan rəqiblərini məğlub edib. Yarımfinalda İran idmançısı ilə gərgin keçən görüşdə hakimlərin kobud səhvləri ilə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Son görüşdə Hindistan idmançısını üstələyən güləşçimiz çempionatın bürünc medalını qazanıb.
 
Xatırladaq ki, ilk yarış günündə Ağahüseyin Mustafayev (65 kq) qızıl, Coşqun Əzimov (70 kq) gümüş medal qazanıb. 


Digər xəbərlər

Xəbər xətti