"Sən bir Messi deyilsən"

12:15 23 Sentyabr 2016

PSJ klubunda məşqçi Unai Emeri ilə yeni transfer Hatəm Ben Arfa arasında gərginliklər davam edir.

O, komandanın “Tuluza” ilə keçirəcəyi növbətiu oyunun da iştirak ərizəsinə salınmayıb. Bununla da Ben Arfa zədəli olmadığı halda artıq 5-ci oyundur ki iştirak etməyəcək.

Unai Emeri Hatəm Ben Arfanı tənbəl olduğu üçün və özündən razı olduğu üçün komandadan uzaqlaşdırdığını bildirib. O, Hatem Ben Arfa’ya “Sən bir Messi deyilsən. Əgər olsaydın, o zaman sənə ümumiyyətlə heç nə deməzdim. Sən oyunu təkbaşına qazanacaq və qazandıracaq səviyyədə deyilsən” deyərək, iradını bildirib.


Digər xəbərlər

Xəbər xətti