Sportarena.az
27 Mart 2017

Klubumuz Serbiya millisinin üzvünü heyətinə qatdı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası növbəti transferini reallaşdırıb.

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Telekom” Serbiya millisinin sabiq hücumçusu Yovana Vesoviç ilə birillik müqavilə imzalayıb. İyirmi doqquz yaşlı voleybolçu son mövsümü Rumıniyanın “Alba” klubunda keçirib.

Voleybolçu Azərbaycana gəlincə, beş ölkədə legioner həyatı yaşayıb. O, daha öncə “Yedinstvo” (2002/2007-ci il, Serbiya və Çernoqoriya), “Postar 064” (2007/2009-cu il, Serbiya), “Volero” (2009/2010-cu il, İsveçrə), “Dinamo” (2010/2011-ci il), “Tomis” (2011/2012-ci il, hər ikisi Rumıniya), “Severyanka” (2012/2013-cü il, Rusiya), “Çanakkala Bld” (2013/2014-cü il, Türkiyə) və “Olimpiakos” (2014/2015-ci il, Yunanıstan) klublarının şərəfini qoruyub.

Üç dəfə Serbiya çempionu olan voleybolçu İsveçrə və Rumıniya çempionatlarının da qızıl medalına yiyələnib. Y.Vesoviç, həmçinin Serbiya kubokunun 2 qat qalibidir. O, İsveçrə və Yunanıstanda da ölkə kubokunu başı üzərinə qaldırıb. Vesoviçin yığma karyerası da kifayət qədər zəngindir. 2006-cı ildən əsas komandanın şərəfini qoruyan voleybolçu 2011-ci ildə Avropa çempionu titulunu qazanıb. Bundan əlavə, “London-2012”nin iştirakçısı olan oyunçu Avropa Liqasının 2 dəfə qızıl, 1 dəfə bürünc medalına yiyələnib. Qitə çempionatında 2-ci olan Yovana Universiadanın finalında oynayıb, dünya çempionatı və Qran-prinin 3-cüsü olub. 

Tarix
23.09.16 [14:14]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

27 Mart
26 Mart 

Facebook

Sorğu

Azərbaycan Premyer Liqasının qalibi hansı komanda olacaq?
 "Qarabağ"
 "Qəbələ"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio