Makedoniyada 3-cü medalı qazandıq

15:28 23 Sentyabr 2016

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

Çempionatın ikinci günündə 74, 86, 97 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. 

Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

74 kq çəkidə mübarizə aparan Əşrəf Əliyev Əlcəzair və Polşadan olan rəqiblərini məğlub edib yarımfinala yüksəlib. Finalın biraddımlığında İran idmançısı ilə qarşılaşan Ə.Əliyev gərgin keçən görüşdə hakimlərin kobud səhvləri nəticəsində uduzub. Bununla da güləşçimiz bürünc medal uğrunda görüşə çıxmalı olub. Son görüşdə Hindistan idmançısını 2:0 hesabı ilə üstələyən güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Xatırladaq ki, yarışların ilk günündə Ağahüseyin Mustafayev (65 kq) qızıl, Coşqun Əzimov (70 kq) gümüş medal qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti