"Qarabağ"ın rəqibindən yeni transfer

15:53 23 Sentyabr 2016

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Çexiyanın "Slovan" klubu Serbiya yığmasının futbolçusu Miroslav Markoviçin transferini rəsmiləşdirib. Miroslav Markoviçin keçidi ilə bağlı idman direktoru Yan Nezmar açıqlama verib.

Klub rəsmisi hücumçunun azad agent kimi heyətə cəlb olunduğunu bildirib: "Nəhayət, bütün sənədləşmə işləri qaydasına düşdü və Markoviç bizim oyunçu oldu. O, komandamıza azad agent kimi qoşulub. Futbolçu ilə bir illik müqavilə imzalanıb".

27 yaşlı forvard ölkə çempionatının VIII turunda "Karvina"ya qarşı matçda forma çıxış edə bilər. O, baş məşqçi İndrjix Trpişovskinin şans verəcəyi təqdirdə, Avropa Liqasının oyunlarında da çıxış edəcək. Futbolçu ilə münasibətlər dünən rəsmiləşdirilsə də, adı sifariş ərizəsinə əvvəlcədən daxil edilib.

Qeyd edək ki, Miroslav Markoviç əvvəllər 1 il Sloveniyanın "Krka" (2007-2008) və Çexiyanın "Ostrava", "Dukla", "Viktoriya" (Jijkov) və "Zbroyuvka" komandalarında forma geyinib. (report.az) 


Digər xəbərlər

Xəbər xətti