Ramil Şeydayevin transfer qiyməti açıqlandı

22:10 23 Sentyabr 2016

"Trabzonspor"un futbolçusu Ramil Şeydayevin transfer qiyməti açıqlanıb.

 

"Trabzonspor"un ümumi heyəti 63 milyon 350 min avrodur. Millimizin oyunçusunun dəyərinin 500 min avro olduğu bildirilib. O, komandanın ən ucuz əcnəbi futbolçusudur. Komandanın ən bahalı futbolçusu isə Onur Kıvrakdır. Təcrübəli qolkiperin transfer qiyməti 6 milyon 750 min avrodur.


Qeyd edək ki, Şeydayev "Trabzonspor"da ilk rəsmi oyununda Türkiyə kubokunda "Ardahanspor"la görüşdə debüt edib və qol vurub.


Digər xəbərlər

Xəbər xətti